22 Kasım 2014 Cumartesi

Ürəyimə atdım mənə agır gələn bütün gercəkləri

Ürəyimə atdım mənə agır gələn bütün gercəkləri. Susdum.. Uddum soyuq səssizliyi...Günahlandırmadım, günahlandıra da bilmərəm heç kimi. Cünki mən gətirdim bu hala özümü. 

Gedişlər yormaz gozləmək qədər gəlməyəcək birini. Və hec bir şey insan topluluğunun icində tənha qalmaq qədər incitməz. Hər zaman bildim yerimi, nə bir addım geridə, nə bir addım ondə. Indi bu yorgun və yalnız gecədə sual verirm ureyimə YALNIZ QALACAQ QƏDƏR SEVMƏK SƏNIN NƏYINƏ?

Etiketler: ,

Sevgi agir yuklər yuklədi ciyinlərimə

Sevgi agir yüklər yuklədi ciyinlərimə. Ne daşimaga "gücüm" var, nə də atmaga "cəsarətim". İzdihamlar icində səssiz və dilsizəm.

 Nə eşidib soyləməyə "istəyim" var, nə də danişmaga "macalim". Eşq deyə bir şey yaşayıram. Ne "təktərəfli" deməyə dilim var, nə də "qarşılıqlı" olduguna isbatım. Səssizcə gozləyirəm... Amma... Nə daha artiq gozləməyə "səbrim" var, nə də "boş ver" deməyə ürəyim.

Etiketler: ,

İslaqdır ayrılıqlar....

İslaqdır ayrılıqlar....
O qədər zaman keçməsinə baxmayaraq hec vaxt qurumazlar. Qapisizdir, qaça bilməzsən. Pəncərəsi yoxdur, açıb havalandıra bilməzsən. 
Rütubətlidirlər və daim kif qoxusu gələr. 
Heç düşündünmü, havalar soyuq qəlbim qırıq. Və dodaqlarımda can cəkişir ürkək bir hıcqırıq. Bir xahişim var indi səndən: cox uşüyürem, ayrılığı çəkə bilərsən üstümdən?

Etiketler: ,